Fransanın LVMH (Moet Hennessy — Louis Vuitton) kompaniyasının başçısı Bernar Arno dünyanın ən varlı şəxslərinin reytinqində birinci yerə yüksəlib. Ona qədər bu siyahıya Amazonun rəhbəri Jeff Bezos liderlik edirdi.
Bizplus.az Forbes nəşrinə istinadla xəbər verir ki, Arnonun uğuru ona məxsus kompaniyanın səhmlərinin 0,7% bahalaşması ilə izah olunur. Bu ona 1,9 milyard gəlir gətirib. Amazonun səhmləri isə cümə günü keçirilən hərracda 0,7 faiz ucuzlaşıb ki, nəticədə Bezos 760 milyon dollar itirib.
Qeyd edək ki, hazırda Arnonun varidatı 117 milyard dollar, Bezosun varidatı isə 115,6 milyard dollar təşkil edir.