Əsas səhifə Vergi Artıq bu vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq

Artıq bu vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq

64
Paylaş

2020-ci il 1 yanvardan etibarən Azərbaycanda təbii inhisar subyektləri, xüsusi vergi rejimli müəssisələr, eləcə də işçilərinin sayı 250-dən çox olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan çox olan vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq.

Bu məsələ yanvarın 1-i qüvvəyə minən “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Məlumata görə, həmin dəyişikliklər “Vergi Məcəlləsi”nin 33.7.1-ci maddəsinin iki yarımbəndində qeyd edilir.

Məhz həmin maddədə göstərilən vergi ödəyicilərinə eyniləşdirmə nömrələrinin verilməsi bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, mərkəzləşdirilmiş qaydada uçota alınma iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrə aiddir.