Məşhur italyan brendi olan “Giorgio Armani” istehsalında dəyişikliklər edib. Belə ki, şirkət, tibb personalı üçün birdəfəlik xalatlar istehsal etməyə başlayıb.
Dünyaşöhrətli brend, bununla dünyadakı bütün fabriklərinə müvafiq göstəriş də verib – istehsal olunacaq xalatlar koronavirusla mübarizə aparan tibb personalına paylanacaq.
Qeyd edək ki, xalatlar personala pulsuz paylanacaq. Bu barədə şirkət rəhbərliyi özü bildirib.