Dövlət Neft Fonduna yarandığı vaxtdan 30 noyabr 2019-cu il tarixinə qədər ümumilikdə təqribən 158,4 milyard ABŞ dolları həcmində vəsait daxil olub.
“Bizplus.az” xəbər verir ki, bu barədə Fondun məlumatında qeyd edilib.
158,4 milyard ABŞ dollarının 151,5 milyard dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 mlrd. dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.
Qeyd edək ki, ARDNF 29 dekabr 1999-cu ildə yaradılıb.