Rusiyada yaşayan azərbaycanlı biznesmen, “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarovun Rusiyanın ТВ sentr kanalına verdiyi müsahibəni ixtisarla təqdim edirik:
-Biznesmenlər mediaya çox vaxt qapalı olurlar. Sizcə bu nədən irəli gəlir?
-Bunları şərh etməyə bir az çətinlik çəkirəm, həmkarlarımla çox da tanış deyiləm. Onlarla elə də yaxın münasibət qurmuram. Daha çox uşaqlıq dostlarım, şəxsən məndə maraq oyadan insanlarla münasibət qururam. Daha çox tennis təlimçisi ilə, boks üzrə məşqçilərlə söhbət edirəm münasibət qururam. Təəccüblü olsa da bu belədir. (Gülümsəyir)
-Siz elə düşünmürsünüzmü ki, iş adamları ilə birlikdə oturub-dursalar daha gözəl olar?
-Mən elə düşünmürəm.
-Görürük ki, milyarderlər heç cürə yerlərində dayana bilmirlər, daha çox pul qazanmaqla yeni nələrsə yaratmağa çalışırlar… Bu nədən irəli gəlir, nəyə görə əlinizdə olanlarla kifayətlənmirsiniz?
-Mən yenə də öz adımdan danışacam, kiminsə yerinə heç nə deyə bilmərəm. Misal üçün bir proekt hazırlayıram onu reallaşdırıram və bu lahiyə öz yerini tutduqdan sonra bu biznesi yürüdə bilən işçilərimdən peşəkarlara həvalə edirəm. Özüm isə keçirəm daha başqa bir proekt yaratmağa, bununla qazanılan pullar dövriyyə olunur və böyük işlər yaranır. Necə düşünürsünüz belə maraqlı işin içində olsanız, siz dayana bilərsiniz?
-Sizin planınız nədir, nə qədər qazanmaq istəyirsiniz?
-Əvvəllər hansısa binanı, kvadrat-metrləri tikməyi arzulayırdıqsa, amma indi belə deyil. Artıq satmaq üçün yaratmırıq. Konsert zalları, ticarət mərkəzləri tikirik. Hətta insanların maraqlı olduğu metrostansiyalar tikirik və bu işin davamını gətirə biləcəyik.
-Hamıya ilk addım maraqlıdır. Hansısa bir işi başlamaq istəyən insan hardansa bir az pul tapır və nə ilə başlayacağını düşünür. Sizcə o, nədən pul çıxarda bilər?
-Elə insanlar çoxdur və elə də çox miqdarda pul lazım deyil. Kiçik biznesə başlamaq üçün, sadəcə ağıl işlətmək lazımdır. Misal üçün tanıdıqlarımdan birindən danışım. Həmin adam Amerikada ticarət mərkəzlərindən birində balaca bir stomatologiya otağı açdı. Ona qədər Amerikada heç kim bunu etməmişdi. Bu uğurlu addım idi, çünki orada insanlar çox olur. Sonralar bir neçəsi açdı. İndi isə o, Amerikada ən böyük stomatoloji mərkəzin sahibkarıdır.
-Mənə elə gəlir ki uğurlu biznesmen o insandan alınar ki, öz işini sevsin. Necə düşünürsünüz?
-Sizinlə razıyam. Mənə elə gəlir ki, uğurlu insanlar bu sevgi ilə dünyaya gəliblər. Çox insanlara rast gəlmişəm bacarıqlıdırlar, amma nə isə bir iş göməyə can atmırlar. Onlar razıdırlar ki, rahat öz iş yerlərində oturub, aylıq maaşlarını alsınlar. Risk edib nələrəsə nail olmağa çəkinirlər ki, birdən alınmaz. Uğura nail olmaq üçün risk etməyi bacarmaq lazımdır.
-Risk etmirlər, addım atmırlar, sonra da deyirlər ki, biz işləyirik əzyətimizlə maaş alırıq amma başkaları rahat yerlərində oturublar, pul ayaqlarına gəlir. Onlar oğrudurlar, mən isə yox!?
-Bizdə 70-ci illərin tərbiyəsi var, kommunistdən gələn sözlərdi bunlar. Biznesmenə “alverçi” və yaxud da başqa ifadələr qoşurlar. Bunlar pozitiv emosiyalar yaratmır. Əslində isə ölkə özü elə biznesmenlərdən ibarətdir. Biz yaradırıq, bu işdən vergilər, polislər və başqa idarələr pul əldə edir. Mənim fikrimcə indiki zamanda biznesmenləri sıxışdırırlar, çətinliklər yaradırlar, imkan vermirlər daha da böyük uğurlar qazansınlar.
-70-ci illərdən danışdıq. O dövrdə imkanlı insanlar öz pullarını sərgiyə çıxartmırdılar. Təəsüflər olsun ki, indi belə deyil, milyarderlər öz imarətgahlarını, yaxtalarını, maşınlarını hər zaman diqqət mərkəzində saxlayırlar. Elə ona görə də insanları qıcıqlandırırlar.
-Buna nümayişkar istifadə deyilir. Bu yüksəliş xəstəliyidir, bunu edənlər sonradan görənlərdir. Kasıb yaşayıb, sonra varlananlar belə edirlər. İnandırım ki, bu insanlar ev tikdirəndə tavanını 6 metr etdirirlər. ( gülümsəyərək)
-Onda belə çıxır ki, siz də nə vaxtsa 6 metrlik tavanı olan evlər tikdirmisiniz?
-Xeyir, çünki mən döğulanda artıq bunları görmüşdüm. Sovet vaxtına görə kasıb ailədə yaşamamışam. Anam da, atam da professor olublar. Anadan olanda artıq maşın görmüşəm.
-Azərbaycanın böyük şəxsiyyəti, biznesmeni olaraq Rusiyadakı yaşama nə deyə bilərsiniz?
-Bu gün taciklərə, ermənlərə, azərbaycanlılara belə rəfdar etmələrinə münasibət bildirmək istərdim. Bildirim ki, Rusiyada universitet inşa etmək üçün mənə 35.000 işçi lazım idi – fərqli sahələrdən mühəndis, armatur işçisi və s. Əgər indi bu tikintiyə, insanlara buraxılmalı pulu hesablasaq, indi Rusiyaya 25-30 milyon işçi quvvəsi lazımdır, hansıki bu, burada yoxdur. Rusiya isə başqa ölkələrdən gələn işçiləri qovur. Deyirlər başqaları gəlib ucuz pula işləyirlər, bizə iş qalmır.
Sonra isə qeyd edim, 1800-ci ildə Yer planetinin əhalisi milyard insan təşkil edəndə Rusiya imperiyası 100 milyon idi və 10%-lı əhali ilə Rusiya imperiyası dünya resurslarının 30%-ə nəzarət edirdi. Hazırda isə planetin əhalisi 7 milyardı keçdiyi halda Rusiyada 140 milyon yaşayırsa, bu o deməkdir ki, artıq əhali sayı 1%-i bir az keçir. Bu vəziyyətdə başqa ölkələrdən gələnləri ölkədən qovmaq heç də məntiqə uyğun deyil. Moskvada olmasa da, heç olmasa qıraq şəhərlərdə şərait yaratmaq lazımdır ki, qoy gəlsinlər, yaşasınlar və əhali çoxalsın.