Araz və Emin Ağalarovla müsahibə

Date:

Paylaş:

Crocus Group şirkətinin prezidenti  Araz Ağalarov ondan sonra şirkətə kimin rəhbərlik edəcəyini artıq bilir. O öz oğlu Emini bu vəzifəyə çoxdan hazırlamağa başlayıb. Bəs Araz Ağalarov özünə layiqli davamçını necə yetişdirib?

emin agalarov araz agalarov

Yaxşı ata və biznesmen olmağı öyrətmək olmaz. Öz övladına nə vaxt etibar etməyi, nə vaxt sərt davranmağı və nə vaxt sərbəst buraxmağı da öyrətmək olmaz.

Araz Ağalarov:

–  Atam mənə heç vaxt öz iradlarını bildirməyib. 6 yaşım olanda rayonun ən “xuliqan” uşaqları ilə dostluq edirdim. Onların bir çoxu əlbəttə ki, məndən yaşca böyük idilər. Atam Elmi Tədqiqat İnstitutunun su problemlərinə rəhbərlik edir, alimlər, savadlı insanlarla ünsiyyətdə olurdu. Və bir dəfə Bakı bulvarında belə bir hadisə baş verdi. Bir tərəfdən böyük bir dəstə ilə biz  – birimizin damağında siqaret, birimizin əlində papiros, digər tərəfdən isə atam öz dostları ilə gəlirdi. Onların da hamısı başında papaq, ciddi geyimdə idilər. Və  biz qarşılaşdıq. Atam mənə baxdı, gözlərini çəkdi və yanımızdan keçib getdilər. Mən həyəcan içində evə qaçdım. Həyəcan içində indicə məni kobud şəkildə danlayacağını gözləyirdi. Bu günə qədər isə heç vaxt məni danlamamışdılar. Atam evə gəldi və heç nə demədi. Bu zaman daha da həyəcanlanmağa başladım: bəlkə o heç məni görmədi, gördüsə niyə susur? Axşam dözmədim və soruşdum: “Ata, sən məni gördün?”. O cavab verdi: “Gördüm oğlum, sən elə xuliqanlarla bir yerdə idin ki…” deyib fasilə verdi və yenidən dedi: “Qorxdum ki, sənə salam versəm, məni döyə bilərlər”.

Bundan sonra bütün gecə utancımdan ağladım və bu hadisəni əbədi olaraq yadda saxladım. Bu davranış tərzini də mənimsədim və özümə nümunə olaraq qəbul etdim. Uşağa mütəmadi olaraq irad tutduqda o artıq buna fikir verməməyə başlayır. Mən çalışırdım ki, mənim uşaqlarımla bu baş verməsin. Eminin dostları ilə bilmədiyi bir yerə getdiyini və hətta siqaret çəkdiyini gördükdə (əlbəttə ki, o 6 yaşında deyil, daha böyük idi) onu dayandırmağa çalışmırdım. Səhər isə deyirdim: siqaretə qonaq etməzsən? Düzdür, bu kömək etmədi və o 22 yaşına qədər siqaret çəkdi. Sonra özü tərgitdi. Lakin etibara söykənən münasibət bir çox şeyə qadirdi… Mən bilirəm ki, bu işə yarayır. Eminin 13 yaşı olduqda İsveçrəyə gedir. Bu mənim qərarım olsa da, çətin idi. Lakin o şirkətlər mənim 6 yaşım olduqda etdiyim kimi davranırdı.

— Bəs 13 yaşlı uşağın İsveçrədə özünü itirəcəyini, darıxacağını və anasının yanına qaçmaq istəyəcəyindən ehtiyat etmirdiniz?

А. А. O yaşda Emin artıq hər şey üçün anasına müraciət etmirdi. Mən onun mənəvi-psixoloji hazırlığına əmin idim. Emin Moskva küçələrində də sınaqlardan keçmiş və bərkimişdi. Daha sonradan isə məktəb də onun məqsədyönlü və sərbəst olmasında vacib rol oynadı.

E. А.  Hər şey elə də dəhşətli deyildi. İlk üç həftədə mən heç evə zəng etmədim. Atam isə ciddi məktəb seçmişdi: valideynlərim özləri zəng edə bilməzdilər. Bir növ yeniyetmələr üçün hərbi düşərgə. Mən 15 yaşıma qədər orada qaldım, 15-dən 21 yaşıma qədər isə ABŞ-da təhsil aldım.

А. А. Bu çox uzun bir müddətdir. Lakin Emin artıq 13 yaşına qədər tam formalaşmışdı və başqa ölkədə olarkən yaşadığı və daim dönə biləcəyi başqa bir həyatın, başqa bir yolun olduğunu başa düşürdü. Və qayıtdı. Qızım isə 6 yaşından etibarən əcnəbi ölkədədir və nə qədər çağırsaq da geri dönmək istəmir.

— Pullara münasibəti necə tərbiyə etmişlər?

А. А. Heç bir xüsusi üsulla tərbiyə etməyib. Belə alındı ki, Emin artıq 13 yaşında sərbəst yaşamağa başladı. Bu zaman mən atamı itirmişdim. Emin bunu, mənim geri qalan tarixçəmi bilirdi və əcnəbi ölkədə oxuduğu müddətcə pullardan imtina edirdi. Mən bunun çətin olduğunu başa düşürdüm, lakin ürəyimdə onun bu hərəkətinə görə sevinirdim.

E. А. “Havayı yeyən” olmaq istəmədim.

— Atanıza oxşamaq istərdinizmi?

E. А. Əlbəttə! Ona oxşamaq, onun geyimlərini geyinmək… Lakin mənim bəxtim digərlərinkindən daha çox gətirib. Axı bütün uşaqlar atalarını sevir. Yalnız böyüdükdə onlar anlayırlar ki, onların valideynləri düşündükləri qədər ağıllı, güclü və ideal deyillər. Lakin məndə vəziyyət tam əksinədir. Mən hərdən elə düşünürəm ki, Araz Ağalarovdan nəisə artıq bilirəm (gülür). Lakin o məni bu yaşımda da heyrətləndirməyi bacarır. O gələcəyi hamıdan yaxşı görən müdrik bir insandır.

А. А.  Mən bu imici qoruyub saxlamaq üçün, daim öz üzərimdə işləməli oluram (gülür).

— Emin, bəs bizneslə öz iş bacarıqlarınızı atanıza nümayiş etdirmək üçün məşğul oldunuz?

E. А. Xeyr, burada hər şey sadədir – mən sadəcə pul qazanmağı çox istədim. Mən bunu çox istəyirdim! Valideynlərimə müraciət etmədən öz maşınımı özüm almaq, pul xərcləmək istəyirdim. Mən daim bir üsul axtarırdım. Müxtəlif variantları  – supermarketdə işə düzəlməkdən biznesin təşkil edilməsinə kimi  – sınaqdan keçirmişdim. ABŞ-da matryoşka və komandir saatları ilə ticarət edən uğurlu bir sayt yaratdım. Və atamın biznesinə daxil olmağı düşünmürdüm. Öz planlarım və uğur üçün yaxşı şanslarım var idi. Lakin atamın şirkətinə gəldikdə mənə belə gəldi ki, burada məşğul ola biləcəyim nə isə var və bu maraqlı ola bilər. Bir şeyi də başa düşürdüm ki, atamın şirkətində Amerikadakından daha çox qazanacaqdım.

А. А. Heç vaxt düşünməmişdim ki, oğlum nə vaxtsa məni biznesdə dəstəkləyəcək.  Mən hadisələrə pis cəhətdən baxmağa, hər şeyi dramatikləşdirməyə meyilliyəm. Lakin xoş bir şey baş verdikdə sevinmək lazımdır. Emin biznesdə iştirak etmək hüququnu sübut etməli belə deyildi. Problem onda idi ki, o Rusiyaya qayıtdıqda mən istəyirdim ki, o mənə butiklərlə bağlı kömək etsin. O isə bu təklifi hər hansı entuziazm olmadan qəbul etdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...