Əsas səhifə Məqalələr Maraqlı Araşdırma:milyonçuların əksəriyyəti nisbətən ucuz evlərdə yaşayırlar

Araşdırma:milyonçuların əksəriyyəti nisbətən ucuz evlərdə yaşayırlar

187
Paylaş

“The Next Millionaire Next Door” kitabının müəllifi Sara Stenli Fallo 600 amerikalı milyonçu və milyarderin həyat tərzini araşdırıb və belə bir nəticəyə gəlib ki, zəngin insanlar sərvətləri ilə nisbətdə əlverişli mənzillərə üstünlük verirlər. Bununla onlar pullarını başqa əşyalara yatırım etmək üçün saxlaya bilirlər.

Sara Stenli Fallo araşdırıb ki, milyonçuların əksəriyyəti heç vaxt onların illik gəlirindən üç dəfə çox qiymətə başa gələn ev almayıblar.

Fallo-nun sözlərinə görə, insanın yaşadığı ərazi onun necə pul xərcləməsinə çox təsir göstərir. O, deyir: “ Əgər siz zəngin bir ərazidə bahalı bir evdə yaşayırsınızsa “qonşudan dala qalmamaq” prinsipə meylli olaraq zamanla əsl zəngin olma şansını itirmiş olursunuz”. Fallo sözlərinə əlavə olaraq bildirir ki, zəngin insanların evləri onlar üçün az əhəmiyyətli olan əşyalara pul xərcləməməyə onlara imkan verir.

“Business Insider” evlərinin qiymətinin kapitallarından 5% az olan bir neçə milyarderin adını açıqlayıb:

Səhmdar-milyarder Warren Buffett Nebrask ştatında, Omaha-da 1958-ci ildə 31,5 min dollara aldığı bir evdə yaşayır. 2019-cu ildə inflyasiya hesabı ilə məbləğ 274 357 dollar olmaqla, Buffett-in 82,1 mlrd. dollarlıq kapitalının 0,0003%-ni təşkil edib. 2017-ci ildə evin qiyməti 652 619 dollar dəyərləndirilib.

Facebook-un qurucusu Mark Zuckerberg Palo-Altoda, sərvətinin 0,01%-nə bərabər olan bir evdə yaşayır. Milyarder onu 2011-ci ildə 7 mln. dollara alıb və hal-hazırda o 7,8 mln. dollardır.

Snapchat-ın qurucusu Evan Spiegel 2016-cı ildə Los-Angeles-də 12 mln. dollara ev alıb (hal-hazırda 12,6 dollardır). Bu, onun 2,2 mlrd. dollar olan sərvətinin 0,57%-dir.

Oktyabrda, 40 yaşına qədər olan zəngin amerikalıların siyahısına Mark Zuckerberg başçılıq edib, amma reytinqin ən gənc iştirakçısı Evan Spiegel olub.