Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Araşdırma: yoxsulluq qocalmanı sürətləndirir

Araşdırma: yoxsulluq qocalmanı sürətləndirir

141
Paylaş

Genetika, həyat tərzi və ətraf mühit – bu faktorlar cavanlığa və orqanizmin tonusuna təsir edir. Lakin maliyyə vəziyyəti də bu baxımdan az əhəmiyyət daşımır. Belə ki, Kopenhagen universitetinin araşdırmaçları müəyyən ediblər ki, yoxsulluq qocalmanı sürətləndirir.

Araşdırmada orta yaş qrupundan 5,5 min adam iştirak edib. Alimlər onlardan koqnitiv imkanlar və fiziki özəlliklərlə bağlı bir sıra tapşırıqları yerinə yetirməyi istəyiblər. sonra isə mütəxəssislər testin nəticələrini və iştirak edənlərin son 22 ildə əldə etdikləri gəlirlərin həcmini müqayisə ediblər.

Məlum olub ki, maliyyə vəziyyəti ilə “cavanlıq” müddəti arasında birbaşa əlaqə var və buna araşdırma çərçivəsində ümumi sağlamlığın sinonimi kimi baxılıb. Alimlər araşdırıblar ki, yoxsulluq erkən qocalmaya gətirib çıxarır, eyni zamanda rifah içində yaşam bədənin və ağlın tonusunu qorumağa köməkm edir.

Kopenhagen Universitetinin professoru Rikke Lund deyir: “Orqanizmin erkən tükənməsi gənc yaşda müalicəyə səbəb olur və bu da həm şəxs, həm də cəmiyyət üçün bir yükdür. Nəticələrimiz göstərir ki, pulun yoxluğu erkən qocalmanın əsas faktorudur –  bundan problemlərin qarşısını almaqda istifadə etmək olar. Bir çoxları qocalmadıqca sağlamlığında hər hansısa açıq-aydın fiziki narahatlıq hiss etmirlər və buna görə də, vaxtından qabaq qocalmağa başladıqlarını bilmirlər. Bu o deməkdir ki, onlar artıq çox gec olmayana qədər profilaktik tədbirlər görməyəcəklər”.

Araşdırma göstərib ki, yoxsul insanlar koqnitiv tapşırıqların öhdəsindən pis gəliblər və fiziki göstəriciləri də zəif olub – məsələn, onlar 30 dəqiqə ərzində stula, iki dəfə daha az oturub-qalxa biliblər. Maliyyə problemləri olan respondentlər yaddaş testindən də aşağı nəticələr göstəriblər. Alimlər əlavə olaraq onu da müəyyən ediblər ki, yoxsulluq təşviş-həyəcan hallarını artırır və orqanizmdə iltihabi proseslərin başlamasına səbəb olur.