Araq istehsalçısı cərimələnmə təhlükəsi qarşısındadır

Date:

Paylaş:

Azərbaycanda 7 növ araq içkilərinin istehsalçısı olan “Kristall Plus” QSC xariclə valyuta əməliyyatlarına görə cərimələnə bilər.

Bizplus.az bildirir ki, hazırda cərimələnmə mandatına sahib olan Azərbaycan Mərkəz Bankı şirkətlə bağlı cərimə protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilib.

Binəqədi Rayon Məhkəməsində verilən bu qərarla bağlı “Kristall Plus” Bakı Apellyasiya Məhkəməsinə üz tutub, işə apelyasiyada baxılacaq.

“Kristall Plus” 90 569 Rusiya rublu və ya 2 417 manat miqdarında inzibati qaydada cərimə olunub.

Xatırladaq ki, bu maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə tətbiq edilir.

Hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Kristall Plus” QSC hazırda “Ambarnaya”, “Avrora”, “Naşe Vremya”, “Sekret”, “Pşeniçnaya” və “Zernoff” kimi araq məhsulları istehsal edir.

Qeydiyyat olduğu rayon üzrə icra orqanın saytındakı məlumatına görə şirkətdə 110 əməkdaş çalışır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...