Əsas səhifə Biznes AQTA şirkətin balıq satışını dayandırıb

AQTA şirkətin balıq satışını dayandırıb

13
Paylaş

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiketində əksini tapan məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilib.

AQTA-dan verilən məlumata görə, bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxlama keçirilib. Bu zaman istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu aşkar edilib. Bu səbəbdən məhsulun satışına dərhal qadağa qoyulub.

Üzə çıxarılan faktla əlaqədar “Karona LTD” MMC qanunvericilik tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.