lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, ötən ilin son həftəsi ərzində iOS əməliyyat sistemli cihazların istifadəçiləri “AppStore”da müxtəlif əlavələrin alınmasına 890 milyon dollardan artıq pul xərcləyiblər. Təkcə bir gündə – 2018-ci ilin yanvarın 1-də xərclərin miqdarı 300 milyon dolları keçib.
Qeyd edək ki, həmin gün ən populyar oyun və əlavələr “Pokemon Go”, “CSR Racing 2”, “Stack AR”, “Kings of Pool”, “Amazon”, “Wayfair”, “Night Sky”, “Pitu”, “Snapchat”, “Animal Crossing: Pocket Camp”, “Monument Valley 2”, “King of Glory”, “Calm”, “Affinity Photo”, “Clash of Clans”, “Candy Crush Saga”, “Enlight Videoleap”, “1Password” və “Hulu” olublar.
2017-ci ildə iOS üçün əlavə tərtibatçıları 26,5 milyard dollar qazanıblar ki, bu da 2016-cı ilin göstəricilərindən 30 faiz çoxdur. “AppStore” mağazası 2008-ci ildə işə salınıb və tərtibatçılar ümumi olaraq 86 milyard dollardan artıq vəsait əldə ediblər.