Yeni iphoneun tanıdılacağı gün yaxınlaşdıqca Apple səhmləri də yüksəlməyə davam edir.
Ötən il Samsung ağıllı telefonlarını tanıtdıqdan sonra Apple bir qədər dəyər itkisi yaşamışdı. İndi isə apple son 3 gün içində ikinci rekordunu qırdı.
Başda KGI analitiki Ming-Chi Kuo kimi tanınmış analitiklər və müxtəlif beynəlxalq mətbuat orqanlarının 10-cu il münasibətilə xüsusi olaraq tanıdılacaq iPhone 8 ilə əlaqədar fikirlərini və bəzi məlumatlarını paylaşmasıyla birlikdə Apple səhmləri də yüksəldi. Apple-ın səhmləri gün ərzində 140.49 dollara çataraq Apple tarixindəki ən yüksək səhm qiymətinı çatdı.
Maliyyəçilər və analitiklər Apple səhmlərinin iPhone 8 modeliylə birlikdə daha çox yüksələcəyini və il sonuna doğru 150 dollar – 180 dollar aralığında hərəkət edəcəyini söyləyirlər.