Apple Inc. yaxşı bir Milad Bayramı keçirmir.
“Marja” xəbər verir ki, analitiklər gələn ilin ilk rübünə dair iPhone X sifarişi proqnozlarını aşağı salıblar. Bu, tələbatın zəifləyəcəyinə işarədir. Apple Inc.-ın səhmləri Çərşənbə axşamı günü 2.6%-lik bir azalma ilə 170.49 dollara geriləyib.
Analitiklər qeyd edirlər ki, bazarlar yüksək iPhone X qiymətinin birinci rübdə tələbi zəiflədəcəyi barədə narahatdırlar.
Proqnoza görə, iPhone X sifarişləri, 2018-in ilk rübündə 25 milyon ədədə düşəcək. Bu rəqəm, dördüncü rübdə 30 milyon ədəd idi.