“Apple”ın kapitallaşması 1 trln. dollara yaxınlaşır

0
590

ABŞ-ın “Apple” texnologiya şirkətinin kapitallaşması 884 mlrd. dollara çataraq 1 trln. dollarlıq şirkət olmağa ən real namizəd kimi göstərilir. “Report” “Haberler” saytına istinadən xəbər verir ki, “Apple”ın ən yaxın təqibçisi isə “Google”ın təsisçisi olan “Alphabet” şirkətidir.

Dünyanın ilk trilyonluq şirkəti olmaq üçün yarışanlar arasında bu iki şirkətdən başqa “Microsoft”, “Amazon” və “Facebook” yer alır. Analitiklərə görə, texnologiya şirkətlərinin səhmlərinin qiyməti 2017-ci ildə olduğu kimi artmağa davam edərsə, 2018-ci ilin ilk rübündə bir neçə şirkətin kapitallaşması 1 trln. dollar həddini ötə bilər.

Xatırladaq ki, ikinci sırada yer alan “Alphabet”in kapitallaşması 729 mlrd. dollar, “Microsoft”un isə 664 mlrd. dollar təşkil edir. “Apple”ın 1 trln. dollar səviyyəsini ötməsi üçün səhmlərinin 15% bahalaşması kifayət edəcək. Qeyd edək ki, 2017-ci ildə “Apple”in səhmləri 47% bahalaşıb.

Bəzi analitiklər isə “Apple”dan öncə 566 mlrd. dollarlıq kapitallaşması ilə hazırda dördüncü sırada yer alan “Amazon”un 1 trln. dollar həddini aşacağını proqnozlaşdırırlar.