Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Apple”ı şantaj edən türk hakerə hökm oxundu

“Apple”ı şantaj edən türk hakerə hökm oxundu

63
Paylaş

“YouTube”da paylaşdığı videoda 300 milyondan artıq “iCloud” hesabı qırdığını deyərək “Apple”ı şantaj edən türk haker Kerem Albayraka İngiltərə məhkəməsi hökm oxuyub.

Türkiyə mətbuatına istinadən verilən məlumata görə, 319 milyon “iCloud” hesabına girişi olduğunu iddia edən 22 yaşlı haker “Apple”ı fidyə ödəmədiyi halda hesabları silməklə hədələyirdi.

O, İngiltərə Milli Kibercinayət Qurumu (NCA) tərəfindən Londondakı evində həbs edildi. Həbs edilən zaman K.Albayrağın telefon, kompüter və sərt disklər də daxil olmaqla bütün rəqəmli cihazları müsadirə olundu.

Albayrak 2017-ci ilin mart aynda “Turkish Crime Family” (Türk Cinayət Ailəsi) adı verilən haker qrupunun sözçüsü olduğunu bildirmişdi.

“Apple”la əlaqə saxlayaraq əlindəki “iCloud” hesabları qarşılığında şirkətdən 133 min funt sterlinq dəyərində Bitcoin, 837 funt sterlinq dəyərində “iTunes” kuponu tələb edən Albayrak məlumatları üçüncü tərəfdən aldığını deyib.

Dünən hakim qarşısına çıxan türk haker 2 il həbs cəzası alsa da, sonradan cəzası 300 saatlıq ictimai işlə əvəzlənib. Bundan başqa, gənc haker 6 ay boyunca elektron qandal taxacaq.