Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Apple”dan valideyn nəzarəti funksiyasına malik proqramların silinməsi ilə bağlı izah

“Apple”dan valideyn nəzarəti funksiyasına malik proqramların silinməsi ilə bağlı izah

104
Paylaş

“Apple” şirkəti “App Store” mağazasından valideyn nəzarəti funksiyasına malik bəzi proqramların silinməsi haqqında rəsmi bəyanat yayıb. Şirkətin nümayəndələri bildiriblər ki, bu proqramlar istifadəçilərin məxfiliyini və təhlükəsizliyini təhlükə altına qoyduğuna görə bu addım atılıb.

“Son ildə bizə valideyn nəzarəti funksiyasına malik bu proqramlardan bəzilərinin “Mobile Device Management” (MDM) adlandırılan dərin nüfuzetmə texnologiyasından istifadə etdiyi məlum olub” – “Apple”ın mətbuat xidmətindən bildirilib.

“MDM” texnologiyası qurğuya, həmçinin istifadəçinin yerini, proqramdan istifadə ssenarisi, elektron poçt xidməti, kameradan istifadəni əhatə edən vacib məlumata kənar nəzarət və müdaxilə imkanını təqdim edir.