2019-cu maliyyə ilinin ilk rübündə “Apple” şirkətinin gəlir və mənfəətinin azalması qeydə alınıb.
“Bizplus.az” “Finans.az” – a istinadla bildirir ki, 29 dekabrda başa çatan ilk üç ay ərzində şirkət 84,31 milyard ABŞ dolları gəlir, 19,97 milyard dollar xalis mənfəət əldə edib. Əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə gəlir 5%, xalis mənfəət isə 0,1% azalıb.
Qeyd olunur ki, təxminən son 10 ildə ilk dəfə olaraq korporasiyanın 1-ci rüb üçün gəlir və mənfəəti azalıb. Belə ki, bu rüb insanların adətən hədiyyələr aldığı qış bayramlarına təsadüf edir.
“Apple” cari maliyyə ilinin 2-ci rübünün nəticələrinə görə 55-59 milyard dollar gəlir əldə olunacağını proqnozlaşdırır.