Apple şirkəti iPhone-ların buraxılış strategiyasını dəyişə bilər. Bu, 2021-ci ildən başlayaraq ildə iki dəfə yeni cihazlar təqdim etmək üçündür.
J.P. Morgan holdinq analitikləri bunu blə hesab edirlər.
Onların fikirlərinə görə, strategiyanın dəyişməsi Apple-a ənənəvi mövsümiliyi qaydaya salmaq imkanı yaradacaq və şirkət altı ay ərzində məhsullarını sürətlə dəyişə biləcək. Bundan başqa, şirkət həm də il ərzində yeni telefonlar buraxan digər cihaz istehsalçıları ilə bərabər şərtlərlə rəqabət apara biləcək.
Analitiklər belə hesab edirlər ki, əgər Apple şirkəti ildə iki dəfə yeni iPhone buraxsa bu ən əhəmiyyətli Apple məhsulları xətti üçün ciddi strategiya dəyişikliyi olacaq. Onlar həm də proqnoz veriblər ki, 2020-ci ilin sentyabrında dörd yeni iPhone modeli təqdim olunacaq. Bu, Apple-ın 2017-ci ildən bəri istifadə etdiyi üçmodelli strategiya ilə müqayisədə ciddi dəyişiklikdir.
Analitiklər belə hesab edirlər ki, Apple yazda, iPhone 8-i xatırladacaq ucuz iPhone buraxacaq.