Apple yeni məhsullarını mart ayının sonunda təqdim edəcək

Date:

Paylaş:

Apple məhsullarının təqdimatı martın 25-də Kupertino (Kaliforniya) şəhərində, Stiv Jobs teatrında keçiriləcək. Bu barədə şirkətin korporativ veb saytında yerləşdirilən məlumatda deyilir.

Tədbir yerli vaxtla saat 10: 00-da başlayacaq (Bakı saatı ilə 21:00). Konkret olaraq hansı məhsulların nümayiş olunacağı barədə məlumat verilmir.

Təqdimat “It’s show time” şüarı altında keçiriləcək. Ekspertlər hesab edirlər ki, bu, təqdim oluna biləcək yeni striming xidmətinə işarə edir.

Yaxın vaxtlarda müzakirə olunan cihazların siyahısı əsasında, yeddinci nəsil iPod touch, ikinci nəsil AirPods qulaqlıqları və AirPower simsiz yükləmə stansiyasının nümayişi gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...