Əsas səhifə Satışda olan bizneslər Avadanlıq “Apple” yeni “AirPods Pro” qulaqcığını təqdim edib – Qiyməti $330

“Apple” yeni “AirPods Pro” qulaqcığını təqdim edib – Qiyməti $330

154
Paylaş
28/10/2019 Los auriculares AirPods Pro. POLITICA INVESTIGACIÓN Y TECNOLOGÍA APPLE

“Apple” şirkəti yeni AirPods Pro qulaqcığını təqdim edib.

Banker.az xəbər verir ki, şirkət yeni adaptiv ekvalayzer sayəsində istifadəçilərə keyfiyyətli səs, komfort və innovasiyalı şəffaf rejim (ətrafınızda baş verənləri eşitməyə imkan verir) vəd edir.

Qeyd edək ki, yeni AirPods Pro qulaqcıqların dizaynı adi AirPods-lardan fərqlənir. Köhnə modellərdən fərqli olaraq, bu qulaqcıqlar müxtəlif ölçülü Silikon başlıqlarla təchiz edilib.

Akkumulyatorun iş saatı standart AirPods ilə müqayisədə dəyişməz qalıb: beş saatadək aktiv istifadə. Şəffaf rejim və ya səs-küyün qarşısı alınması rejimi işə salındıqda, qulaqcıqların iş saatı 3,5 təşkil edəcəkdir. Yeni AirPods Pro qulaqcıqların qiyməti $330 təşkil edəcək.