Əsas səhifə Biznes sahələri Texnologiya Apple xakerlərə xüsusi iPhone verəcək

Apple xakerlərə xüsusi iPhone verəcək

100
Paylaş
epa07562956 IPhones for sale at the newly refurbished Carnegie Library Apple Store in downtown Washington, DC, USA, 11 May 2019. Apple spent two years and an estimated $30 million dollars to renovate the historic building. EPA/JIM LO SCALZO

Apple öz cihazlarının təhlükəsizliyini artırmaq istəyir. Bunun üçün o, xakerlərə iPhone və İmac-ın xüsusi daha “açıq” versiyalarını təqdim edəcək. Onlarla güvən açıqlığını müəyyən etmək mümkün olacaq.

Xakerlərin əldə edəcəyi iPhone versiyaları açıq imkanları ilə seçiləcək. Xakerlər onunla əməliyyat sisteminin fraqmentlərinə daxil ola biləcəklər. Forbes məlumat verir ki, xakerlər hücum olanda nəyin baş verdiyini anlaya biləcəklər.

Bununla belə Apple kənar mütəxəssislərə cihazlara tam girişi təmin etməyəcək: xakerlərin imkanları Apple-ın özünün mütəxəssislərinin səlahiyyətləri ilə müqayisədə məhdud olacaq.

Təhlükəsizliyin artırılmasından başqa, Apple-ın cihazı , kənar  mütəxəssislərə verməsinin digər səbəbləri də ola bilər. Apple, proqramının iştirakçılarını yoxlayır və yəqin ki, cihazlar üzərində nəzarəti qoruyub saxlayacaq, Forbes qeyd edir.