Nikkei Asian Review xəbər verib ki, Apple şirkəti Vyetnamda öz simsiz AirPods qulaqcıqlarının istehsalına hazırlaşır. Ekspertlər bu qərarı ABŞ və Çin arasındakı ticarət müharibəsinin nəticəsi kimi qiymətləndirirlər. Buna qədər AirPods-lar ancaq Çində istehsal olunub.
Nikkei-nin məlumatna görə bu yay artıq şirkətin Goertek tədarükçüsü Vyetnamın şimalında yerləşən fabrikdə son nəsil AirPods-ların sınaq istehsalını həyata keçirəcək. Nikkei mənbələrindən əldə edilən bir statda deyilir ki, ilkin istahsal həcmi məhdud olacaq, lakin bunu, bütün istehsal prosesləri qaydasına salındıqdan sonra artırmaq mümkün olacaq. AirPods-lar Apple məhsulları arasıda ən çox satılanlardandır – keçən il bu qulaqcıqların satışı, ondan əvvəlki ilin 20 milyon satış göstəricisi qarşısında 35 milyon olub.