Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Apple Vyetnamda AirPods istehsal etməyə hazırlaşır

Apple Vyetnamda AirPods istehsal etməyə hazırlaşır

61
Paylaş

Nikkei Asian Review xəbər verib ki, Apple şirkəti Vyetnamda öz simsiz AirPods qulaqcıqlarının istehsalına hazırlaşır. Ekspertlər bu qərarı ABŞ və Çin arasındakı ticarət müharibəsinin nəticəsi kimi qiymətləndirirlər. Buna qədər AirPods-lar ancaq Çində istehsal olunub.

Nikkei-nin məlumatna görə bu yay artıq şirkətin Goertek tədarükçüsü Vyetnamın şimalında yerləşən fabrikdə son nəsil AirPods-ların sınaq istehsalını həyata keçirəcək. Nikkei mənbələrindən əldə edilən bir statda deyilir ki, ilkin istahsal həcmi məhdud olacaq, lakin bunu, bütün istehsal prosesləri qaydasına salındıqdan sonra artırmaq mümkün olacaq. AirPods-lar Apple məhsulları arasıda ən çox satılanlardandır – keçən il bu qulaqcıqların satışı, ondan əvvəlki ilin 20 milyon satış göstəricisi qarşısında 35 milyon olub.