“Apple” “VirnetX” şirkətinə uduzdu: 503 milyonluq patent məhkəməsi

Date:

Paylaş:

Keçən il Amerika mərkəzli iki şirkət olan “VirnetX” və “Apple” patent haqqları səbəbi ilə məhkəmədə qarşı-qarşıya gəlmişdilər. “Apple” şirkətinin patent haqqlarını pozduğunu iddia edən “VirnetX” məhkəmə haqqlı çıxmış, “Apple” şirkəti isə 503 milyon dollar dəyərində bir cəza verilmişdi. İddialara görə Apple 4 fərqli patentdə pozuntular etmişdi. Lakin Amerika Apelyasiya Məhkəməsi bu patentlərdən 2-sini haqqlı görmüş, digər 2-sini isə “Apple” xeyrinə bir qərarla bağlamışdı.

“Apple” və “VirnetX” 2010-ilindən bu yana bir savaşın içindədilər. Səbəb isə “VirnetX” şirkətinin açdığı patent məhkəmələridir.

Bizplus.az bildirir ki, son məhkəmə isə 4G LTE və virtual gizli şəbəkələrlə bağlı patentlərin pozulması səbəbi ilə açıldı.

Qeyd edək ki, bu məhkəmənin əsası “Apple” şirkətinin iMessage, FaceTime və VPN on Demand-ın “VirnetX” şirkətinə məxsus 4 patentini pozulması ilə bağlı idi. Digər tərəfdən “VirnetX” şirkəti ictimai bir şirkət olması səbəbilə medyada bu xəbərlər çıxandan sonra şirkət hissələrində 34%-lik bir geriləmə baş verdi. 503 milyon hər nəqədər böyük rəqəmlər olaraq görülsə də, “Apple” kimi milyardla oynayan bir şirkət üçün heç də ciddi rəqəmlər deyil.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...