Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Apple” və “Broadcom” Kaliforniya institutuna 1,1 mlrd. dollar ödəməli olacaq

“Apple” və “Broadcom” Kaliforniya institutuna 1,1 mlrd. dollar ödəməli olacaq

42
Paylaş

Los-Angeles məhkəməsi “Apple” və “Broadcom”dan Kaliforniya institutuna 1,1 mlrd. dollar ödəməyi tələb edib. Bloomberg yazır ki, buna Wi-Fi  texnologiyasına dörd patentlik hüququnu pozmaları səbəb olub.

Qeyd edək ki, bu, tarixdə patent mübahisələri üzrə ən iri qərarlardan biridir.

“Apple” 837 mln. dollar, Broadcome isə 270 mln. dollar ödəməli olacaq. “Apple”  Broadcome Wi-Fi-çiplərinin ən böyük sifarişçilərindən biridir, onlar iPhone, iPad, Apple Watches və istehsalçının digər məhsullarından istifadə edirlər. İddiada təsdiqlənir ki, Broadcome Wi-Fi-çiplərinin istehsalında institutun proqramından istifadə edib.

İnstitut, şirkətləri 2016-cı ildə məhkəməyə verib. Reuters yazır ki, “Apple” məhkəmədə özünü sadəcə “dolayı tərəf” adlandırıb. Həm “Broadcome”, həm də “Apple” hökmdən şikayət etməyi düşünürlər.

2019-cu ilin yekunlarına əsasən “Broadcome”un satışlarının beşinci hissəsi “Apple”a gəlir, Reuters xatırladır. 2020-ci ilin yanvarında şirkətlər 15 mlrd. dollara çiplər istehsalı ilə bağlı razılıq imzalayıblar.