“Apple” uzun müddət qoruduğu “ən dəyərli şirkət” adını itirib

Date:

Paylaş:

Dünyanın texnologiya nəhəngi “Apple” uzun müddətdir qoruduğu “ən dəyərli şirkət” adını itirib.

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” dəyərini artıraraq “Apple” şirkətini geridə qoyub. Neft şirkəti sərmayələrinin 1,5 faizini açıq satışa çıxararaq gəlirlərini artırıb.

Belə ki, şirkətin 1 səhmi 32 Səudiyyə Ərəbistanı rialı ( təx. 14 AZN) qiymətinə satılıb və bu satışdan “Saudi Aramco” 25,59 milyard ABŞ dolları gəlir əldə edib.

Bu sərmayə satışından sonra neft şirkəti korporativ investorlardan 106 milyard ABŞ dolları, fərdi investorlardan isə 119 milyard dollar yatırım qazanıb.

“CNN Türk”ün xəbərinə görə, bu göstəricidən sonra bazar dəyəri 1,7 trilyon dollara yüksələn “Saudi Aramco” dünyanın ən dəyərli şirkəti olub.

Qeyd edək ki, bundan öncə  “Apple” şirkəti 1,1 trilyon ABŞ dolları dəyəri ilə bazarda lider idi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...