“Apple” tarixi rekord vurdu

Date:

Paylaş:

“Apple”ın səhmlərinin qiyməti  ilk dəfə 300 dollar həddini aşıb.

“Financial Times”ın verdiyi məlumata əsasən, yanvarın 2-də birjalar bağlandıqda ABŞ şirkətinin qiymətli kağızlarının dəyəri 2,3% artaraq, 300,35 dollar olub.

Qəzet bildirir ki, “Apple”ın bazar kapitallaşması 1,33 trln dollara çatır. Kapitallaşma üzrə ikinci yerdə isə 1,23 trln dollarla “Microsoft” gəlir.

Məlumata əsasən, “Apple”ın səhmləri ilk dəfə 2018-ci ilin avqustunda 200 dolları aşıb. Ümumilikdə, 2009-cu ildən şirkətin səhmlərinin dəyəri təxminən on dəfə artıb.

Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında “Apple” smartfonlarının yeni modellərini buraxıb: “iPhone 11 Pro”, “iPhone 11 Pro Max”, “iPhone 11”. Yeni qacetların təqdimatından sonra şirkətin kapitallaşması 1 trilyon dolları aşıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...