Əsas səhifə Biznes Apple sosial şəbəkə icloud.net’i satın aldı və bağladı

Apple sosial şəbəkə icloud.net’i satın aldı və bağladı

1245
Paylaş

Daha əvvəl iCloud markası üçün fərqli satın almalar həyata keçirən və məhkəməyə müraciət edən Apple bu dəfə iCloud.net adlı bir sosial şəbəkəni satın aldı və yaxında saytı bağlamağa hazırlaşır.

Asiyadakı istifadəçilərə xitab edən bir sosial şəbəkə olan iCloud.net öz saytında paylaşdığı məlumatlara görə bu ayın (Fevral 2017) sonunda fəaliyyətini dayandıracaq. 1 Mart 2017 tarixində isə bütün istifadəçi məlumatları silinəcək və iCloud.net sosial şəbəkə olaraq tarixə qarışacaq. iCloud.net’in qurucusu Tong Lei sahibi olduğu fərqli saytları idarə etməyə davam edəcəyini açıqlayır və sosial şəbəkə işindən uzaq duracağını açıqlayır. Ancaq satın almanın maddi detalları haqqında heç bir məlumat verilməyib.

Domen mövzusunda Apple daha öncə də bu cür satınalmalar həyata keçirib. Məsələn aşağıda paylaşdığımız 170 iCloud markalı domen adına sahib olan Xcerion 5,2 milyon dollar qarşılığında bütün domenlərini Applea transfer etmişdi.

iCloud.net’in necə istifadə ediləcəyini isə 1 Mart 2017 tarixində görəcəyik.