Dünyanın ən zəngin insanlarından birinə çevrilməzdən çox-çox əvvəl, Warren Buffett qəzetlərin çatdırılması ilə məşğul olub. Həmin dövrdə onun 13 yaşı var idi. Milyarderin ilk peşəsinə dərin hörmətini bildirmək üçün “Apple” şirkəti Warren Buffett’s Paper Wizard mobil oyunu yaradıb. Oyun “Wildlife Design” əməkdaşlığı ilə tərtib olunub, bu haqda Business Insider xəbər verir. Bu, son 11 ildə şirkətin iPhone üçün buraxdığı ilk oyundur.
“Qəzet sehrbazı” bizə 1985-ci ildə tərtib edilmiş klassik Paperboy oyununu xatırladır. Oyunçu qəzetləri ya Omaxa, ya da Kupertino şəhərində şəhərlərində çatdıra bilər. Oyunun qaydalarına görə, oyunçuya “qəzetləri əfsanəvi Warren Buffet kimi atmaq” və “warrendollar” qazanmaq təklif olunur. Tətbiqdə oyunçuların reytinqi də var, Warren Buffet bu reytinqdə birinci yer tutur. Business Insider portalının verdiyi məlumata görə. Onun 15 350 xal rekordunu keçmək demək olar ki, mümkün deyil.
Milyarderin sahib olduğu “Berkshire Hathaway” investisiya şirkətinin “Apple” da payı 5% təşkil edir. Şirkətin baş icraçı direktor Tim Cook-un sözlərinə görə, bu onun üçün “şərəf” və imtiyazdır. “Biz bilirdik ki, Buffet fəaliyyətini başa düşə bilmədiyi texnologiya şirkətlərinə heç vaxt yatırım etməyib. Yəqin ki, o həqiqətən də bizim şirkətdə perspektiv görür”, – Cook deyib.
Qeyd edək ki, Warren Buffet Forbes siyahısında üçüncü yeri tutur, onun mülkü 82,5 milyard dollar dəyərində qiymətləndirilir.