İnternet-mənbələrin məlumatına görə, yeni iPhone-lar portsuz buraxılacaq. Onlarda Lightning enerji portu olmayacaq. Yeni məhsullar USB-C ilə də təchiz olunmayacaqlar.
Analitiklər bildirirlər ki, bununla “Apple” tam olaraq məlumatların simsiz ötürülmə sisteminə keçmək niyyətindədir.
Qeyd edək ki,gələn ilin əvvəlində korporasiya SE 2 büdcə smarfonunu, payızında isə eyni anda dörd yeni mobil cihazı təqdim etməyi planlaşdırır.