“Apple”ın baş dizayneri Jony Ive şirkətdən rəsmən gedib. Onun profili şirkətə rəhbərlik səhifələrindən silinb. Bu barədə The Verge yazır.
“Apple” Ive-nin şirkəti tərk etmək qərarı barədə 2019-cu ilin iyununda bildirmişdi. O vaxt gedəcəyi tarix dəqiq bilinməsə də bunun ilin sonlarına kimi baş verəcəyi bildirilmişdi. Jony, şəxsi LoveFrom dizayn studiyasını açmaq üçün gedib.
Qeyd edək ki, Ive 1992-ci ildən “Apple”da işləyirdi.