Apple şirkəti naqilsiz AirPower şarj stansiyasını satışa çıxartmaq ideyasından imtina edib.
Bu barədə “Apple” açıqlama verib. Şirkət, AirPower-in satışa çıxmasını gözləyən bütün istifadəçilərdən üzr istəyib:
“Edilmiş bütün səylərdən sonra qənaətə gəldik ki, AirPower bizim yüksək tələblərimizə və standartlarımıza cavab vermir. Bu səbəbdən biz bu layihədən imtina etməli olduq.”
Qeyd edək ki, AirPower 2017-ci ildə iPhone X smartfon modelinin təqdimatı zamanı anons edilib, lakin həmin vaxtdan bəri bu cihazın satışa çıxması reallaşmayıb.