Apple şirkəti iOS əməliyyat sisteminin yeni versiyası olacaq iOS 13-ü 3-7 iyun tarixlərində keçiriləcək WWDC 2019 (Worldwide Developers Conference) tədbirində təqdim etməlidir. Lakin artıq indidən tərtibatçılar yeni əməliyyat sistemində olacaq bəzi yeni funksiyalar barəsində məlumatlar aşkar ediblər. Bu barədə 9to5macsaytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən iOS 13-ə çoxdan gözlənilən Dark Moderejimi əlavə olunacaq. Bununla yanaşı Dark Mode rejimi həm iPhone smartfonlarında həm də iPad modellərində dəstəklənəcək. Bu, ümumi sistem rejimi olacaq və onu ayarlar bölməsində aktivləşdirmək və deaktivləşdirmək mümkün olacaq.
Səsin tənzimlənməsi zamanı ortaya çıxan zınqırov ikonu xarici görünüşcə dəyişəcək. Yeni əməliyyat sistemində Reminders tətbiqi və Hey Siri funksiyası (smartfon uşaq gülüşü və ağlayışı kimi ətraf səslərə reaksiya verməyəcək) yenilənəcək, çoxlu sayda dil dəstəkli klaviatura təkmilləşdiriləcək və bir neçə obyektləri seçmək üçün yeni jestlər əlavə olunacaq. iPad üçün bir çox yeni funksiyalar nəzərdə tutulub. Məsələn planşet modelləri tətbiqlərdə çoxlu sayda pəncərələrin dəstəyini əldə edəcəklər. Həmin pəncərələri ekran üzərində müxtəlif istiqamətlərdə hərəkət etdirmək mümkün olacaq.
Bununla yanaşı yazılan mətnlərin ləğv olunması üçün yeni jestlər də əlavə olunacaq. Üç barmaq ilə sol istiqamətə swype jesti mətn yazılışını ləğv edəcək, sağ istiqamətə swype jesti isə təkraretmə funksiyasını reallaşdıracaq. Safari brauzeri lazım gəldikdə hansısa saytın desktop versiyasını tələbe dəcək, Mail tətbiqində isə məktublar “reklam”, “alış-veriş”, “səyahət”, “vacib olmayan” və s. kimi bölmələr üzrə sıralanacaqlar. Bundan əlavə olaraq məktubu daha sonra oxumaq funksiyası əlavə olunacaq.