“Apple”ın ABŞ-dakı mağazalarının işçilərinə Apple Watch saatlarını və ya AirPods qulaqlıqlarını taxıb yoxlamaq üçün müştərilərə təqdim etmək qadağan olunub. Bu addımı şirkət Covid-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün atıb. Amma alıcılar hələ də özləri onları taxıb yoxlamaq üçün istəyirlər.
Bundan başqa, şirkət mağazalarda oturacaqların sayını da azaldıb ki, insanlar bir-birlərinə mümkün qədər yaxın ola bilməsinlər. Son həftələrdə şirkət təmizlikçilərinin sayını da artırıb və mağazalarda əlləri dezinfeksiya etmək üçün cihaz da quraşdırıb. Saatlıq ödənişlə işləyən əməkdaşlarına isə əvəzi ödənilmədən bülleten götürməyə icazə verib.
Yeni təlimatların bütün Apple Stores mağazalarınamı yoxsa tək-tək nöqtələrinəmi aid olub-olmaması məlum deyil. Şirkət nümayəndəsi bildirib ki, “Apple” mağazalarda çoxlu insan toplusunun qarşısını almağa çalışır. Amma şirkət cihazları taxıb yoxlamaqla bağlı yeni ölçü tədbiri barədə rəy bildirməyib.