Əsas səhifə Biznes sahələri Texnologiya “Apple” şirkəti ucuz iPhone buraxacaq

“Apple” şirkəti ucuz iPhone buraxacaq

61
Paylaş

“Apple” şirkəti bu ilin fevral ayında yeni və daha ucuz iPhone-ların istehsalına başlayacaq.

Bizplus. az Banker.az-a istinadən xəbər verir ki, yeni smartfon görünüşcə 2017-ci ildə buraxılmış iPhone 8 kimi olacaq.

Dünyanın ən bahalı texnologiya şirkətinin yeni iPhone-u mart ayında təqdim edəcəyi gözlənilir. Cihaz şirkətin Tayvandakı üç müəssisəsində istehsal olunacaq.

“Nikkei Asian Review” nun verdiyi məlumata görə, yeni smartfon texniki göstəricilər baxımından “Apple” in flaqmanlarından – iPhone 11 və iPhone 11 Pro -dan fərqlənməyəcək. Cihazda Touch ID əl izi və Face ID texnologiyası olacaq.

Qeyd edək ki, MacRumors portalı “ucuz iPhone” un 399 dollar qiymətində olacağını proqnozlaşdırıb.