Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Apple” şirkəti şüşədən hazırladığı kompüteri patentləşdirmək istəyir

“Apple” şirkəti şüşədən hazırladığı kompüteri patentləşdirmək istəyir

37
Paylaş

“Apple” şirkəti bir parça şüşədən hazırlanmış kompüter üçün patent almaq qərarına gəlib.

Bizplus.az xəbər verir ki, rəsmlərə və diaqramlara görə, bu kompüteri əymək və ya MacBook ilə birləşdirmək mümkün olacaqdır.

Görünüşcə bu kompüter iMac-a bənzəsə də, ekran və klaviaturası əyilmiş şüşə parçası üzərində yerləşdirilib.

Müəlliflərin sözlərinə görə, şüşədən hazırlanmış bu kompüterin klaviaturası ya ənənəvi, ya da virtual düymələri nəzərdə tutur. Bu o deməkdir ki, istifadəçilər birbaşa şüşə üzərində mətn yığa biləcəklər.

Mütəxəssislərin fikrincə, qeyri-adi dizaynına görə bu kompüter bazara çıxa bilməyəcək. Ekspertlər qeyd edirlər ki, Apple mühəndislərin ağlına gələn hər bir şeyi, demək olar ki,  patentləşdirir.

Qeyd edək ki, fevral ayında şirkət yeni “ucuz iPhone” un istehsalına başlamağı planlaşdırır.