Əsas səhifə Biznes sahələri Texnologiya “Apple” şirkəti layihədən imtina etdi

“Apple” şirkəti layihədən imtina etdi

285
Paylaş

Apple şirkəti naqilsiz AirPower şarj stansiyasını satışa çıxartmaq ideyasından imtina edib.  

Bu barədə “Apple” açıqlama verib. Şirkət, AirPower-in satışa çıxmasını gözləyən bütün istifadəçilərdən üzr istəyib:

“Edilmiş bütün səylərdən sonra qənaətə gəldik ki, AirPower bizim yüksək tələblərimizə və standartlarımıza cavab vermir. Bu səbəbdən biz bu layihədən imtina etməli olduq.”

Qeyd edək ki, AirPower 2017-ci ildə iPhone X smartfon modelinin təqdimatı zamanı anons edilib, lakin həmin vaxtdan bəri bu cihazın satışa çıxması reallaşmayıb.