Əsas səhifə Biznes sahələri Texnologiya  “Apple” şirkəti gələn il özünün ilk qatlana bilən cihazını satışa çıxardacaq

 “Apple” şirkəti gələn il özünün ilk qatlana bilən cihazını satışa çıxardacaq

118
Paylaş

IHS Markit şirkətinin analitiki Jeff Lin öz mənbələrinə istinadən bildirib ki, Apple şirkəti gələn il özünün ilk qatlana bilən cihazını satışa çıxardacaq. Təəccüblüsü ondadır ki, bu cihaz smartfon deyil, planşet olacaq. Bu barədə Phonearena saytına istinadən Gagadget saytı xəbər verib. Yəni qatlanmış vəziyyətdə cihaz adi iPadplanşetini, tam açıq formatda isə cihaz MacBook-u xatırladacaq.

Cihazın hansı ölçüdə ekrana sahib olacağı bilinmir. Lakin Apple şirkəti artıq 12 düym ekrana sahib iPad Promodelinə sahibdir. Bununla yanaşı şirkətin qatlana bilən cihazının A seriyasından olan yeni prosessor və 5Gmodem ilə təchiz olunacağı da gözlənilir. Çox güman ki, bu cihaz Microsoft şirkətinin iki ekranlı qatlana bilən Surface cihazına rəqib olacaq.