Əsas səhifə Xəbərlər Digər xəbərlər “Apple” reklam məqsədli push-bildirişlərə icazə verib

“Apple” reklam məqsədli push-bildirişlərə icazə verib

14
Paylaş

Apple şirkəti App Store üçün tövsiyələri yeniləyib və proqramçılara tətbiqlərdə rekam push-bildirişləri göndərməyə icazə verib. Bu barədə The Verge yazır. Bunun üçün istifadəçi bildirişi almağa razılıq verməlidir və istənilən vaxt ondan imtina da edə bilər. Şirkət sui-istifadə hallarının yolverilməz olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, 2019-cu ilin fevralında şirkət özü  App Store qaydalarını pozub və Apple Music istifadəçilərinə bildiriş göndərərək, dostlar üçün aylıq pulsuz abunəlik təklif edib.