“Apple” şirkəti Drive.ai startapını alıb. O, pilotsuz avtomobillər üçün avtonom idarəetmə sisteminin hazırlanması ilə məşğuldur. Əməliyyatın məbləği açıqlanmır
Amerikanın “Apple” şirkəti Drive.ai startapını alıb. O, Stenford universitetinin maşınların öyrənilməsi üzrə mütəxəssisləri tərəfindən yaradılıb.
Əməliyyatın məbləği açıqlanmasa da, nəşrin jurnalistləri belə hesab ediblər ki, startap, 2015-ci ildə yaradılmasından bəri cəlb edilmiş 77 milyon dollardan az ödəmə edib. 2017-ci ildə startapı 200 milyon dollar qiymətləndiriblər.
Axios mənbələri vurğulayıblar ki, Apple həmçinin Drive.ai pilotsuz avtomobillərini və şirkətin digər aktivlərini də əldə edib. Materialın müəllifləri belə hesab edirlər ki, startapın alınması, Apple-ın pilotsuz avtomobilləri inkişaf etdirməklə bağlı planını təsdiqləyib.
CNBC kanalının verdiyi məlumata əsasən, bir müddət əvvəl Drive.ai, Texas ştatında Arlinqton şəhəri ilə, pilotsuzların istifadə edilməsi ilə əlaqəli transfer təklif etməklə əməkdaşlığa başlayıb.
Axios təsdiqləyir ki, startapın bir neçə potensial alıcısı olub. Drive.ai onları 2019-cu ilin fevral ayından axtarmağa başlayıb, lakin təxminən iki həftə bundan qabaq şirkət bu fəaliyyətini dayandırıb. Layihə avtonom maşınlar sənayesinin ləng gedən inkişafını dondurub.
Drive.ai pilotsuz avtomobilləri süni intellekt sistemi sayəsində sərbəst şəkildə hərəkət edirlər. Onu uzaqdan da idarə etmək olur. Bu avtomobillər digər hərəkət iştirakçılarına maşınların manevri barədə məlumat verən tablo ilə təmin olunublar.
2014-cü ildə “Apple”, pilotsuz avtomobillərin işlənməsi üzrə Project Titan layihəsini təqdim etdi.İki il sonra isə layihənin rəhbəri dəyişdikdən və onlarla işçinin qovulmasından sonra şirkət pilotsuz nəqliyyat istehsal etmək fikrindən daşındı və pilotsuzlar üçün süni intellekt işləyib hazırlamağa başladı. 2017-ci ildə Apple-ın direktoru Tim Cook avtonom sistemlər üzərində işi “bütün süni intellekt layihələrinin anası” adlandırdı. Bir il sonra şirkət, Tesla-nın keçmiş baş mühəndisi Doug Field-i layihəyə nəzarətçi kimi təyin etdi.
Yanvarın sonlarında Bloomberg məlumat verib ki,”Apple” Titan layihəsinin ştatını 200 nəfərə endirib, qalanlarını isə digər layihələrə keçirib. Lakin şirkət özü bu barədə rəsmi heç bir açıqlama verməyib və gəzən söz-söhbətləri də təsdiqləməyib.
Bloomberg yazıb ki, fevralda açıqlanan pilotsuzların sınaq hesabatına əsasən Apple-ın pilotsuz avtomobilləri, Alphabet şirkətinin Waymo maşınları və ya General Motorsdan olan Cruise Cars rəqib –şirkət maşınları ilə müqayisədə daha az sərbəstdirlər.