Əsas səhifə Biznes “Apple” OLED monitorlar istehsal edən zavodu alır

“Apple” OLED monitorlar istehsal edən zavodu alır

1010
Paylaş
televizor

Dünyaca məşhur “Apple” brendi OLED ekranların istehsalı üzrə zavod əldə etmək niyyətindədir.

İKT.lent.az saytına istinadən, bununla da şirkət “Samsung” kimi şirkətə layiqli rəqib ola biləcək və illik bazara 30 min ədəd bu məhsuldan çıxaracaq.

televizor

Məlum olub ki, “Apple” şirkətinin rəhbərliyi yaxın gələcəkdə maye-kristal OLED monitorların istehsalı ilə məşğul olan zavodu əldə etməyi planlaşdırır. İlkin məlumatlara görə, razılaşmanın ümumi dəyəri 2,5 milyard dollara çatıb. Şirkətdəki elektronika tərtibatçıları adıçəkilən məhsulun istehsalçı müəssisəsini almaqda olduqca maraqlıdır.

Bu ondan xəbər verir ki, əgər “Apple” şirkəti bu razılaşmanı uğurla həyata keçirsə, o zamanda bazara yeni OLED ekranlı smartfonlar çıxarılacaq. Analitiklər bildiriblər ki, hazırda OLED monitorlu “iPhone”ların istehsalında lider “”Samsung” şirkətidir. “Apple” rəhbərliyi zavodun alınması ilə bağlı razılaşmanı imzalayan kimi bazara 30 min ədəd məhsul çıxarılacaq.