Netflix Appleın radarındadır. Yayılan məlumatlara görə Apple Netflixi almaq üçün 2018-ci ildə hərəkətə keçəcək.
İddiaya görə hesabında 250 milyard dollar sərvəti olan Apple Netflixi almaq üçün sözün əsl mənasında əlindən gələni edəcək. İddianın sahibləri isə bank analitikləri Jim Suva və Asyia Merchantdır.
Bu iki analitikin iddiasına görə Apple öz video abonəlik sistemini yaratmaq əvəzinə hazır sistemi almaq istəyir.