Apple şirkəti 2020-ci ildə yeni kompakt iPhone modelini təqdim edəcək. Son məlumatlara görə bu smartfonlar daha nazik 5,4 və 6,7 dyümlük ekrana sahib olacaqlar.
Yeni məhsul deyilənə görə iPhone 12 Pro və 12 Pro Max adlanacaq. Apple proqramçıları onlarda Samsung-a məxsus Y-OCTA mexanizmindən istifadə ediblər. Bu texnologiya vasitəsilə sensorlu lay birbaşa ekrana inteqrasiya edilir və bunun sayəsində smartfonlar daha kompakt, istehsala xərclər isə olacaq.
Qeyd edək ki, 6.1 düym ekranlı iPhone modeli də OLED ekran əldə edəcək. Lakin həmin modelin ekranı standart OLED ekran olacaq.