Facebook və Google-dan sonra Apple şirkəti də Kaliforniyadakı mənzil böhranının həllinə yatırım edəcək. Məbləğ 2,5 mlrd. dollardır. Bu barədə şirkətdə açıqlama veriblər. İki il ərzində Apple:
1 mlrd. dollar aşağı və orta gəlirli şəxslər üçün mənzil tikintisi ilə məşğul olan yerli təşkilatlar və ştat üçün kreditlərə ayrılacaq.
1 mlrd. dollar ilk dəfə mənzil alan insanlara kömək üçün yardım fonduna ayrılacaq.
San-Xosedə 42 akr ( 17 hektar ) ərazi yaşayış yeri tikintisi üçün ayrılıb. Şirkət oranı 300 mln. dollar qiymətləndirib.
150 mln. dollar Körfəzdə mənzil layihələrinə dəstək üçün veriləcək
50 mln. dollar Destination xeyriyyə təşkilatına ayrılacaq.
Kreditlərin geri ödənilmsi ilə şirkət beş il ərzində yeni mənzil layihələrinə təkrarən yatırım edəcək.