ABŞ-ın “Apple” şirkəti “iTunes”dən tamamilə imtina etməyə hazırlaşır. Mediapleyer “macOS 10.15” sisteminin təqdim olunması ilə eyni vaxtda musiqi və televiziya üçün müstəqil proqramlarla əvəz ediləcək.
Şirkətin direktoru Tim Kukun “WWDC 2019” konfransında bu dəyişikliyi elan edəcəyi təxmin edilir.
Bildirək ki, “Apple” korporasiyası “iTunes” mediapleyerini 2001-ci ildə çıxarıb.