Apple şirkəti AirPods Pro Lite, iPad və Apple Watche cihazlarının istehsalını Tayvanda həyata keçirəcək. Onların buraxılışı 2020-ci ilin birinci yarısına nəzərdə tutulub.
Şirkətin, bu addımı koronavirusun yayılmasına görə atdığı məlumdur. Apple Tayvanda istehsalı tədricən artırmağı düşünür, eyni zamanda digər təchizatçılarla da əməkdaşlığı dəstəkləyir.
“Apple” şirkəti bu yaxınlarda bildirib ki, iPhone-nun dünyada azalması və Çində ona tələbatın aşağı düşməsinə görə, gəlirlərlə bağlı verdiyi proqnozu özünü doğrultmaya bilər.
Qeyd edək ki, bu yaxınlarda verdiyi rüblük proqnozda Apple 63 mlrd. dollardan 67 mlrd.dollara kimi gəlirdən bəhs etmişdi.