Əsas səhifə Biznes sahələri Texnologiya “Apple” iPhone XR smartfonlarının qiymətlərini 25% azaldıb

“Apple” iPhone XR smartfonlarının qiymətlərini 25% azaldıb

564
Paylaş

Apple iPhone XR smartfonunun xərclərini yalnız Çin bazarında deyil, Hindistanda da 25% azaltmağa qərar verib. Son vaxtlarda, 64 Gb saxlama qabiliyyəti ilə keçən il təqdim olunan bu mobil cihazın qiyməti 450 AZN aşağı düşüb.

Hal-hazırda, istifadəçilər iPhone XR modelini 1 450 AZN qiymətinə ala bilərlər. Xatırladaq ki, daha əvvəl bu cihaz Hindistan bazarında 1 900 AZN-ə satılıb. Cihazın digər modifikasiyalarının dəyəri də azalıb. İstehsalçıların veb saytında qiymətlər eyni qalıb.

Mütəxəssislər “Apple” ın Rusiya bazarında da qiymətləri azaldacağını istisna etmirlər. İstehsalçılar smartfonu 6.1 düymlük LCD ekran, qabaqcıl A12 çipset və Face ID texnologiyası ilə təchiz ediblər. Arxa paneldə təkmilləşdirilmiş kamera var, RAM 3 GB təşkil edir.