Bloomberg-ın verdiyi məlumata əsasən Apple Marzipan təşəbbüsü əsasında tərtibatçılara həm iOS-a həm də macOS-a yüklənilə bilən universal tətbiqlər yaratmaq imkanını verəcək. Universal platformanın 2021-də işə salınması planlaşdırılır.
Elə bu il Apple tətbiqləri iPaddan macOSa köçürmək imkanını verən yeni SDK buraxacaq. Buraxılışın iyun ayında WWDC tədbirində elan olunacağı gözlənilir.
2020-də şirkət iPhone tətbiqlərini Mac-a buraxacaq, 2021-də isə ümumi binar olacaq, hansı ki, eyni zamanda həm iPhone-da, həm iPad-da həm də Mac-da istifadə oluna biləcək.
Tətbiqlərin universallığı potensial olaraq proqramçılara daha çox gəlir gətirəcəkdir, istifadəçilər üçün isə bu daha geniş seçim imkanları yaradacaq./technote