Yeni iPhone nəsli fərqli metal çərçivəyə malik olacaq və bununla da iPhone 4 modelinə bənzəyəcək.
Tanınmış analitik Min-Chi Kuo belə hesab edir ki, bu smartfon 2020-ci ildə çıxacaq.
Appl köhnə dizayna qayıtmaq ideyası qəribə görünə bilər. iPhone 4 xəbəri hələ 2010-cu ilin iyununda çıxmışdı, ona görə də, Apple Iphone 4 dizaynını 2020-ci ildə tətbiq etsə bu, gadget-in 10 illik yubileyini bayram etməyə yaxşı bir səbəb kimi olacaq. Bundan başqa, bu, iPhone-un ən tanınmış dizaynlarından birinə hörmət əlamətidir.
Apple-ın keçən il daha qalın və sərt bucaqlı korpusu olan iPad Pro-sunu nəzərə alsaq, bu daha kompakt iPhone dizaynının seçimi iPhone və iPad seriyalarını birləşdirməyə kömək edə bilər. Kuo-nun sözlərinə görə, 2020-ci ilə nəzərdə tutulan növbəti iPhone partiyası 5,4, həmçinin, 6,1 və daha çox dyümlük ölçüsü olan ekrana malik olacaq. Hər üç yeni model OLED ekranla təchiz ediləcək.
Onlar tam olaraq iPhone 4-ün sadəcə böyük ölçülü klonu olmayacaqlar. Belə ki, onların 2.5D şüşə paneli də olacaq və bununla həmin iPhonle-lar daha yumru görüntüyə malik olacaqlar.
Yeni smartfonlar təkcə zahirən dəyişməyəcəklər, əsas yenilik 5G dəstəklərinin olması olacaq.