Apple iOS və macOS tətbiqlərinə görə birdəfəlik ödəniş imkanı yaradıb

Date:

Paylaş:

“Apple” şirkəti  Xcode proqramçıları üçün alətlər dəstinin beta-versiyasını buraxıb. O, “universal alış” imkanı yaradır. Bu funksiya ilə birdəfəlik ödəniş mümkündür və ondan sonra Mac App Store-dan alınan proqram avtomatik olaraq iOS –cihazlarda  keçərli olur və əksinə.

Tətbiqlər, onları tək bir paketdə əlçatan edən (eyni zamanda həm iOS, macOS, iPadOS, tvOS və watchOS üçün) eyni təyinediciyə malikdirlər. Bundan başqa, proqramçıların tətbiqlərinin ayrı-ayrı versiyalarını müxtəlif platformalar üçün satmaq hüquqları qalır.

Qeyd edək ki, “universal alış-veriş”lər Catalyst texnologiyalı layihələr  hazırlamaqda proqramçılara böyük stimul verir. Bu alət iOS-versiyanı kodu sıfırdan yenidən yazmağa ehtiyac qalmadan  “Mac” tətbiqinə keçirməyə imkan verir. Bu zaman macOS imkanları və “siçan”la klaviaturanı idarə etmə xüsusiyyətləri nəzərə alınır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...